24 Noyabr 2015 21:16
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Ağacan Qulam oğlu Abiyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Həbib qızı Naxçıvanlı isə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev, həmçinin Əhliman Tapdıq oğlu Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Müəllif: