26 Noyabr 2015 01:45
425

Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, hadisə nəticəsində 1 nəfər fəhlə torpaq altında köməksiz vəziyyətdə qalmışdır.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:12-də başa çatmışdır.


Müəllif: