25 Noyabr 2015 11:47
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələcəyə İnam” Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Sosial Xidmətlərin Təşkilində İctimai İştirakçılığın gücləndirilməsi məqsədilə Palliativ qulluqla bağlı regionlarda məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 21 noyabr 2015-ci ildə Beyləqan rayonunda sonuncu məlumatlandırma sessiyasını keçirib.

Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda məlumatlandırma sessiyaları təşkil etməklə sosial xidmətlərin təşkilində palliativ qulluğun ictimaiyyətə çatdırılması vasitəsilə ehtiyacı olanlara yardımın göstərilməsinin inkişiafına nail olmaqdan ibarətdir.

Beyləqan rayonu Mədəniyyət Mərkəzində təşkli olunan tədbirdə səhiyyə işçiləri, Mədəniyyət sektorunun əməkdaşları, muzey işçiləri, müəllimlər, QHT nümayəndələri və s. olmaqla otuzdan artıq şəxs iştirak etmişlər. Tədbiri bütün iştirakçıları salamlayan təşkilat sədri Natiq Abdullayev açaraq təşkilatın fəaliyyətindən danışdı və layihələrinə dəstək verildiyinə görə Qeyri-Hökumət Təşkilatlarına təşəkkürünü bildirdi. N.Abdullayev daha sonra layihə haqqında geniş məlumat verərək layihənin aktuallığını və yeni təşəbbüs olan palliativ qulluğun zəruriliyini qeyd etdi. Qeyd olundu ki, palliativ qulluq sağalmaz xəstəliklərə düçar olan şəxslərə sosial, psixoloji, mənəvi, hüquqi və s. yardımın göstərilməsidir.

Bundan sonra tədbirin məruzəçisi Rafiq Təmrazov Azərbaycanda “Gələcəyə İnam” Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi təşkilatının əməkdaşlıq çərçivəsində bu mövzuda layihə icra etdiyini bildirərək palliativ qulluğun xüsusiyyətlərindən danışmazdan öncə ölkədə sosial xidmətlərlə bağlı aparılan islahatlardan danışaraq xüsusilə Sosial Xidmətlər Haqqında qanunun əsas müddəalarını qeyd etdi. R.Təmrazov bildirdi ki, qanunda lazımi müddəalar nəzərdə tutulsa da, həmin qanunun praktiki olaraq işlənməsində hələ problemlər mövcuddur.

Daha sonra sağalmaz xəstəiklərin yayılma dərəcəsini və dinamikasını qeyd edən məruzəçi vərəm, HİV+, QİÇS və s. xəstəlikləri yaradan səbəblər haqqında məlumat verdi. Qeyd olundu ki, bu kimi xəstəliklərin genişlənməsinə görə palliativ qulluğun həyata keçiriməsinə ehtiyac vardır. Xüsusilə ölkədə QİÇS-lə mübarizənin güclənməsi, dərman preparatlarla kifayət qədər təminatın olmasına baxmayaraq HİV-ə yoluxan şəxslərin artması məruzəçi tərəfindən qeyd olundu. R.Təmrazov qeyd etdi ki, 2012-ci ildə qeydiyyata alınan HİV-ə yoluxan şəxslərin sayı 3000 ətrafında olsa da, bu ilin əvvəlində bu rəqəm 5000-ə yaxınlaşmışdır. Bundan sonra söz alan tədbir iştirakçıları rayonda səhiyyənin vəziyyəti və yoluxucu xəstəliklərə qarşı mübarizə vasitələrindən dnışdı.

Tədbir qarşılıqlı diskussiya şəklində başa çatdı.


Müəllif: