26 Noyabr 2015 15:47
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nardaran qəsəbəsində daha bir insident baş verib.

Qəsəbəyə çəkilişə gələn “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb.

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov ərazidən uzaqlaşa bilib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb.


Müəllif: