28 Noyabr 2015 09:40
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən muzeylərin kollektivləri bir araya toplanır.

"Report" xəbər verir ki, noyabrın 30-da Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Müşavirədə muzey sahəsində görülmüş işlərin və gələcək planların müzakirəsi nəzərdə tutulub. Müşavirəyə kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət edilib.


Müəllif: