28 Noyabr 2015 16:57
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi həlak olmuş polislərin məzarını ziyarət edib.

Teleqrafcom FHN-in saytına istinadən məlumat verir ki, noyabrın 28-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və digər məsul şəxsləri II Fəxri xiyabana gələrək, Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı dəstəyə qarşı keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş polis əməkdaşlarının məzarlarını ziyarət ediblər.

Polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.


Müəllif: