29 Noyabr 2015 21:45
404

Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunan konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, konsertin təşkilində məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev və başqaları sevilən ifalarını səsləndirəcəklər.

Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə əlillərdən ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.


Müəllif: