4 İyun 2014 23:48
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə fəaliyyəti qadağan olunmuş “Yehova Şahidləri” icmasının qanunsuz toplantısına müdaxilə edən polis əməkdaşları maraqlı bir görüntü ilə üzləşiblər.

22 nəfərdən ibarət olan “Yeqova Şahidləri” elə qanunsuz tədbir keçirmişlər. Saxlanılanlar arasında azyaşlı uşaqlar da var.

Bu gün Gəncədə fəaliyyəti qadağan olunmuş “Yehova Şahidləri” tədbir keçirməyə cəhd göstəriblər. Lakin bundan xəbər tutan Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanına gəliblər. Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən bir azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər. Mənzilə baxış keçirilən polislər oradan yayılması və təbliği qadağan edilmiş xeyli sayda dini ədəbiyyat götürüblər./ans/


Müəllif: