29 Noyabr 2015 22:40
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb. Nəticədə bir nəfər vəfat edib vədeformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızının meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: