30 Noyabr 2015 17:32
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 12-də Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, bir neçə il bundan əvvəl yeni quruluşda səhnəyə qoyulan, 2014-cü ildə isə yeni quruluşda tamaşaçılara təqdim edilən opera bütün zamanlar üçün aktual olan bir mövzuda – Xeyir və Şər qüvvələr arasında mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti və s. həsr edilib. Tamaşada həmçinin təbiət gözəlliklərinin təsvirinə də geniş yer verilib.

Opera tamaşasının libretto müəllifi professor Nərgiz Paşayeva, rejissoru Hafiz Quliyev, dirijor Əyyub Quliyev, quruluşçu rəssam isə Tahir Tahirovdur.

Tamaşada əsas rolları Qərinə Kərimova, Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcəklər.

Nərmin


Müəllif: