“İnterentin sürəti bu gün ölkə istifadəçilərinin cari təlabatından daha yüksəkdir. Hazırda Azərbaycan 500 geqabaytdan yuxarı qlobal şəbəkəyə çıxışa malikdir. Ümumi internetin istifadəsi isə 150-180 geqabayt olur. Bu da hər istifadəçinin təlabatına düşən fazidən daha da yüksəkdir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında ölkədə internetin sürəti ilə bağlı sualı cavalandırarkən deyib.
Nazir müavini görülən işlərlə yanaşı, problemlərdən də danışıb: “İstifadə edilən texnologiyalar, adi modemin keyfiyyəti, rabitə xətlərinin keyfiyyəti internetin sürətinə təsir edən amillərdəndir. Bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Azərbaycan internet çıxışına, həcm və sürətinə görə Cənubi Qafqazda liderdir. Mobil geniş zolaqlı internet baxımından da Azərbaycan lider ölkədir. Hazırda bu istiqamətdə vəziyyətin o qədər də ürəkaçan deyil. Cari vəziyyət bizi o qədər də qane etmir. Son kəsintilərdən sonra, keyfiyyətin artırılması dayanıqlılığın yüksəkdilməsi üçün əlavə işlər görüləcək”.
İlhamə