Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəhbərliyindəki dəyişikliklərə aydınlıq gətirib.
ƏMDK-nin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov bildirib ki, DƏDRX-in vəzifəsindən azad edilmiş keçmiş rəisi Məhəmməd İmanov komitənin tərkibindəki digər qurumun - İstehsal və xidmət müəssisə və obyektlərinin idarəetmə mərkəzinə (İXMM) direktor təyin edilib.
Vəzifəsindən azad edilmiş DƏDRX rəisinin müavini Seymur Əliyev isə Reyestr xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə rəis təyin olunub.