Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEM) ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Teleqraf.com-a ABOEM-dən daxil olan xəbərə görə, məqsəd - iki ölkə arasında ABOEM üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Görüşdə səfir müavini Derek Hoqan Azərbaycanda bu sahənin inkişafına və birgə layihələrin hazırlanmasına yüksək maraq göstərdiyini bildirib. Dövlət Agentliyinin sədri Akim Bədəlov ölkəmizin ABOEM sahəsindəki inkişaf tarixi, Agentlik tərəfindən görülən işlər - Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, günəş və külək elektrik stansiyaları, “Azgüntex” günəş panelləri zavodu, Samux Aqroenergetik Kompleksi, “Bir ev- Bir elektrik stansiyası” layihəsi, o cümlədən perspektiv layihələr barədə qonaqları məlumatlandırıb.
Görüşün nəticəsi olaraq, iki ölkənin aidiyyəti qurumları arasında gələcək əməkdaşlığa dair razılıq əldə olunub.
NİGAR