3 Dekabr 2015 23:07
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirildi. Bu səfərin əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulandı. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edildi.

Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğuladı.

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim etdi.


Müəllif:

Oxşar xəbərlər