5 İyun 2014 12:34
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bulvarda sellafon torbalardan istifadə qadağan olunub.



ANS PRESS-in məlumatına görə, bunu ANS-də yayımlanan “Günə Baxan” verilişində iştirak edən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.



O bildirib ki, ərazidə ancaq kağız torbalardan istifadə edilir. Nazim Məcidovun sözlərinə görə, bunda məqsəd Dənizkənarı Bulvar ərazisinin zibillənməsinin qarşısını almaqdır.



Qeyd edək ki, bulvarda həmçinin sakinlərin atdığı saqqızları təmizləmək üçün xüsusi briqada da yaradılıb.



Xatırladaq ki, gün ərzində minlərlə insanın istirahət etdiyi bulvar ərazisində təmizliyə riayət edilməsi üçün hətta saqqız təmizləyən briqadalar yaradılıb.


Müəllif: