4 Dekabr 2015 17:06
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Meksika Kinosu Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə Əlaqəlar şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Meksika Kinosu Günlərinin açılışı dekabrın 7-də Nizami Kino Mərkəzində baş tutacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək kino günləri dekabrın 11-dək davam edəcək.

Kino Günləri çərçivəsində 7 dekabr saat 19:00-da “Səfil həyat”, 8 dekabr saat 12:00-da “Makario”, 9 dekabr saat 12:00-da “Ümid var”, 10 dekabr saat 12:00-da “Varislər”, 11 dekabr saat 12:00-da isə “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Nərmin


Müəllif: