4 Dekabr 2015 18:26
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saçınız tez-tez yağlanır? İstifadə etdiyiniz şampunların heç bir faydasını görmürsünüz?

Onda bu məsləhətlərə nəzər yetirin!

pH balansı


Mütəxəssislər bildirir ki, saçın həddən artıq quru və ya yağlı olması baş dərisinin pH balansından asılır. Baş dərisinin pH balansını qoruyaraq həddindən artıq yağlılığın qarşısını ala bilərsiniz. Bunun üçün saçlar tərkibində xlor olmayan su ilə yuyulmalıdır.

Saçlarınıza toxunmayın!


Saçınıza əlinizlə forma verməyi tərgidin. Mümkün olduğu qədər əllərinizi saçınıza toxundurmayın.

Aloe-vera (əzvay)

Bir xörək qaşığı təbii tərkibli şampunla eyni miqdarda aloe-vera şirəsini qarışdırın. Şampunu saç diblərinə çəkib masaj edin, ilıq su ilə yuyun. Bu proseduranı həftədə 3 dəfə təkrarlayın.

Nəmləndirin!


Saçlarınızı nəmləndirmə xüsusiyyəti olan şampunla yuyun. Həftədə bir dəfə xüsusi nəmləndirici vasitələrdənistifadə edin.

Zülal

Saçlarınızın yağ balansını qorumaq üçün qidalanmaya da xüsusi diqqət etməlisiniz. Xüsusi saçların yağlanmasının bir səbəbi də hormonlardır. Yağlı yemək və şirniyyatlar dəri üçün zərərlidir. Zülalla zəngin olan qidalar yeyin.

Limon şirəsi

Limon şirəsi toksinləri təmizləyərək saçların yağ balansını qoruyur. Saçı şampunlayıb yuduqdan sonra içərisinə limon şirəsi qatılmış su ilə yaxalayın.

Stress


Stress saçların yağlanmasına və tökülməsinə səbəb olur. Rəqs edin, musiqi dinləyin, əylənin – bir sözlə, stresslə mübarizə aparmaq üçün sizi xoşbəxt edəcək məşğuliyyətlərə vaxt ayırın.

publika.az


Müəllif: