5 Dekabr 2015 13:45
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, 5 nəfər xilas edilib. Xilas edilənlərin birinin qadın, dördünün kişi olduğu bildirilir.

XXX

Ötən gün axşam saatlarında güclü yanğının baş verdiyi "Günəşli" dəniz yatağında hasiletmə platformasında olan personalın təxliyyəsi üzrə işlər davam edir. Bunu Trend-ə baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.

X X X

SOCAR və "Azneft" İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Bunu Trend-ə “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.

Qərargahdan qeyd ediblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir. İnsan itkisi yoxdur, bütün personal dənizdə xilasetmə qayıqlarındadır. Personalın təxliyyə edilməsi üzrə işlər aparılır.

XXX

“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir.

Hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.

Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.

XXX

“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyyəsi başa çatıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, artıq platformdakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.

“İşçilər arasında ölən və xəsarət alan yoxdur”-deyə bildirilib.

Qeyd edək ki, yanğın baş verən zaman platformada 42 nəfər olub.

Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

XXX

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib.

R.Abdullayev ANS TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

XXX

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.

Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

X X X

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Trend-ə bildirib ki, külək çox güclü olduğundan platformaya yaxınlaşmaq hələ mümkün olmayıb.

X X X

Neft bazarındakı mənbə Trend-ə bildirib ki, platformada olan neftçilər qayıqlarla təxliyə olunur.

Ölən və xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Mənbə qeyd edib ki, yanğın hələ davam edir. Hündürlüyü 10-11 metrə çatan dalğalar yanğınsöndürmə işlərinə mane olur.


Müəllif:

Oxşar xəbərlər