7 Dekabr 2015 00:01
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov “Günəşli ” yatağında baş verən dəhşətli yanğınla bağlı mətbuat konfransı keçirib. Baş verən faciədə insan tələfatının çox olmasının səbəblərindən danışan X. Məmmədov bildirib ki, əgər hər hansı səhlənkarlıq faktı aşkarlansa, günahkarlar cəzalandırılacaq: “Təhlükəsizlik qaydalarına riayət olunmamasına dair məndə məlumat yoxdur. Cənab prezident dövlət komissiyası təyin edib. Bütün bu məsələlər dövlət komissiyası tərəfindən araşdırılacaq. Respublika Prokurorluğu cinayət işi ilə bağlı araşdırma aparılacaq. Əgər hər hansı bir uyğunsuzluq və ya qaydaların pozuntusu aşkar olunacaqsa, bu barədə ictimaiyyətə də məlumat veriləcək və günahkarlar cəzalandırılacaq.

Hadisə baş verən andan qərargahda iştirak edən bir adam kimi deyə bilərəm ki, rəhbərlik tərəfindən şəxsi heyət, özüldə çalışan işçilər yanğın və təhlükəsizliyi baxımından lazımı qaydada təxliyə planı aparılıb. Xilasetmə zamanı şəxsi heyətə xilasetmə jiletlərini geyindiriblər, qayıqlara uyğun şəkildə yerləşdiriblər və aşağı buraxıblar. Sual olunur ki, niyə bu qayıqlara miniblər, başqa qayıqlara minməyiblər. Özülün rəisi mənə bildirdi ki, yanğın çox olduğu üçün digər qayıqlara keçə bilməyiblər”.

SOCAR rəsmisinin sözlərinə görə, xilasetmə qayıqları Koreya istehsalı olan, dənizdə batmyan qayıqlar olub və 4 günlük ərzaq ehtiyatına da malik olub: “ Bəzi saytlar yazırlar ki, 10 nəfərlik qayıqlara 40 nəfər dənizçi yerləşdiriblər. Bunun nəticəsində hadisə baş verib. Məlumat üçün bildirmək istəyirəm ki, orada olan qayıqlar 42 nəfərə hesablanmış Koreya istehsalı olan müasir, dənizdə batmayan qayıqlardır və içərisində 4 günlük ərzaq ehtiyatı da var ki, xilasetmə əməliyyatı zamanı həyatda qalmaq mümkün olsun. Bədbəxtçilik onda olub ki, külək qayığı estakadanın divarına çırparaq xilasetmə qayığını sındırıb.

Şəxsi heyət qayığı yuxarıdan aşağı salıb ki, yuxarıda yanğındır yanmasın, aşağıya düşəndə görüblər ki, dalğanın hündürlüyü 10 metrə qədər olub. Təbii ki, bu zaman dənizə düşməyə qorxublar. Qayığı estakadanın yarısında saxlayıblar. Bu zaman qayıq divara çırpılaraq sınıb. Bu gün xəstəxanada yaralılarla da danışdım. Onlar da təsdiq etdilər ki, qayıq havada sınıb aşağı düşüb.

39-40 metr sürətlə əsən külək və 10 metr hündürlüyündə dalğa 140 km/saat sürətlə eyni nöqtəyə zərbə vurub. Axtarışda olan bütün şəxslərin ailələrinə səbr diləyirəm!”


Müəllif:

Oxşar xəbərlər