Bu gün paytaxtda Meksika kino günləri başlayacaq.
Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Meksika kinosu günlərinin açılışı olacaq.
Tədbirin əsas məqsədi Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etməkdir.
Dekabrın 11-dək davam edəcək kino günləri çərçivəsində 5 film nümayiş olunacaq.
“Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər”, “Mirvari” bədii filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub.
Filmlərin nümayişlərinə giriş sərbəstdir.