"Müasir gənclik və sosial inkişaf” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Sahbkarların İnnovativ Kordinatoru” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində Gənc Sahibkarların İnnovativ yaddaş kitabçası hazırlanıb. Eyni zamanda Bərdə, Beyləqan, Tərtər rayonlarında gənc sahibkarlarla görüş keçirilib. Görüşdə çıxış edən təşkilatın sədri Etibar Əsədov deyib ki, Sahibkarlığın inkişafı yolunda bir çox tədbirlər görməkdədir. Onun sözlərinə görə, aqrar bölmədə fəaliyyət göstərən sahibkarlara dövlət yardımı, güzəştli kreditlə- rin verilməsi buna bariz sübutdur. Bütün bunlara baxmayaraq gənc sahibkarların bir sıra problemi olduğunu diqqətə çatdıran E.Əsədov fikirlərinə belə davam edib: "Beləliklə hazırda Azərbaycan cəmiyyətində başlıca problemlərdən biri də gənclərin informasiya texnologiyaları vasitəsilə informasiya resurslarına çıxış əldə etmək, informasiya ilə effektiv işləmək bacarığının istənilən səviyyədə olmamasıdır. İnnovasiyanın aparılması prosesi IN xidmətlərinin səmərəli qurulması ilə şərtlənir. Gənc sahibkarın uqurlarının böyük hissəsi həm də 9 onun informasiya qabliyyəti dərəcəsi ilə ölçülür. İnformasiyanın nəzarət olunmayan formalarının əhatə dairəsinə IN xidmətlərini (əgər bu məlumatlar KİV-lər tərə- findən PR xidmətləri ilə razılardırılmadan müstəqil hazırlanıbsa), müəssisəələrin fəaliyyəti ilə bağlı məlumatları daxil etmək olar”.
Tədbirdə çıxış edən ekspert Hüseyn İbrahimov, yerli sahibkarlar Sehran Əhmədov, Zaur Kərimli, Zeynal Qurbanov mövzu barəsində öz fikirlərini bildiriblər.
BƏXTİYAR