Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda elmi-praktik konfrans keçirilib.
Teleqraf.com-un verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib ki, dünyada bəzi dairələrinin yürütdüyü siyasət İslam dinini gözdən salır.
Onun sözlərinə görə, əslində bugünkü terror təşkilatlarının arxasında böyük dövlətlər var:"Ona görə də beynəlxalq təşkilatlar həmin dövlətlərə təzyiq etməlidir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini ekstremizm və radikalizmə qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, belə hallar o zaman baş verir ki, din öz mahiyyətindən kənara çıxır.
Tədbir çıxışlarla davam edib.
Bəxtiyar