8 Dekabr 2015 10:07
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Teleqraf.com-un məlumatına görə, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.


Müəllif:

Oxşar xəbərlər