4 Dekabr 2015 10:56
342

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Bakı 2015 I Avropa Oyun larının nəticələrinin ictimai müzakirəsi” adlı layihə çərçivəsində növbəti tədbirini Mingəçevir şəhərində keçirib.

Noyabrın 28-də keçirilmiş tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdam İdarəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, eləcə də müəllimlər və tələbələr iştirak edib.

Tədbirdə əvvəlcə layihənin eksperti, "Azerfax.az” saytnın baş redaktoru Nicat Dağlar çıxış edib. O, layihə üzrə aparılan araşdırmanının üzə çıxardığı konkret faktlardan danışıb, I Avropa Oyunlarından sonra Azərbaycanın maraqlarına uyğun hansı hadisələrin baş verdiyinə diqqət yönəldib. N.Dağlar öz çıxışında Beynəlxalq Olimpiya Komitəsinin bir büddət öncə Amerika Biləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirdiyi "İlin ən yaxşı idmançılarının mükafatlandırma mərasimi”ni xatırladıb. Ekspert qeyd edib ki, həmin tədbirdə Bakı 2015 I Avropa Oyunları çıxışçılar tərəfindən dəfələrlə xatırlanıb və "İlin yaxşıları” seçilərkən Avropa Oyunlarının nəticələri də əsas götürülüb.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov çıxış edib. O, layihənin məqsəd və məramları, I Avropa Oyunlarının ölkəmizin gələcək inkişafında oynayacağı rol və dövlətimizə qarşı yönəlmiş qərəzli kampaniyalardan geniş söhbət açıb. F.Yusifov qeyd edib ki, I Avropa Oyunlarının nəticələri tədricən daha qabarıq şəkildə özünü göstərəcək. "Apardığımız araşdırmalar göstərir ki, müsbət mənada qiymətləndirəcəyimiz müəyyən nəticələr artq var. Bu sırada birinci növbədə ölkəmizin təbliğ olunmasını göstərə bilərik. I Avropa Oyunları bizə imkan verdi ki, Azərbaycanı bütün tərəflərdən dünyaya göstərə bilək və ölkəmizə qarşı bəzi qərəzli dairələrin apardığı əsassız kampaniyalr iflasa uğradaq. Xarici turistlər, dünyaca məşhur Avropa qəzetlərinin təmsilçiləri gəlib öz gözlərilə gördülər ki, Azərbaycan necə inkaş edib və burada hansı dəyərlər təbliğ olunur. Xalqımız qonaqpərvərliyi, insanlarımızın istiqanlığı, təbiətimizin gözəlliyi hamını heyran qoydu. Bir sözlə, Azərbaycan həm siyasi, həm də iqtisadi müstəvidə nəyə qadir olduğunu bütün dünyaya açıq şəkildə nümayiş etdirə bildi. Bu isə ölkəmizə maraqğın artması, xarici investorların cəlb olunması, turist axınının gücləndirilməsi baxımından cox vacib və əhəmiyyətli idi” – deyə, "Ekonomiks” BİAB-ın sədri bildirib.
Daha sonra tədbirdə layihə üzrə təlimçi vəzifəsini yerinə yetirən Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu çıxış edib. O, tədbir iştirakçılarına əsasən I Avropa Oyunlarına qarşı bəzi siyasi dairələrin apardığı kampaniyalardan danışıb və bunun da nəticəsində ölkə əhalisinin müəyyən bir hissəsində oyunlarının mahiyyəti bardə yalnış təsəvvürlər yaranıb. "Oyunlar ərəfəsində bəziləri deyirdi ki, bəs hamının maaşını kəsib yarışlara yönəldəcəklər. Amma hamı gördü ki, bütün bunlar boş söhbətlər idi. Nə maaş kəsildi, nə pensiya. Oyunlardan əvvəl vəziyyət necə idisə, oyunlar zamanı və oyunlardan sonra eyni vəziyyətdir. Sonra başladılar belə təbliğat aparmağa ki, guya hökumət I Avopa Oyunlarına xeyıi vəsait sərf etdiyindən indi ölkədə maliyyə krizisi yaranıb. Təəssüf ki, bu kimi əsassız iddialara inanan vətəndaşlarımız da tapılır. Bəli, heç kəsə sirr deyil ki, Azərbaycanın gəlirləri azalıb. Amma bunun I Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı əsasən neft gəlirlərindən formalaşdırılmışdı və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması bizim gəlirlərimizin azalmasına səbəb oldu. Bu vəziyyət digər hasilat ölklərində də yaşanır. Ümumiyyətlə, neftin qiymətində baş verən dəyişikliklər Avropa ölklərinin də iqtisadiyyatında özünü göstərir və indi az qala bütün dünyada bu və ya digər dərəcədə iqtisadi böhran yaşanır. Odur ki, ölkəmizin gəlirlərinin azalmasını I Avropa Oyunlar ilə əlaqələndirmək ancaq qərəzli adamların işi ola bilər”.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, 3 aylıq müddəti əhatə edən layihə çərçivəsində Kanal13 internet televiziyasında teledebatlar da təşkil olunub. Yerli sakinlər və ictimaittlətlə görüş məqsədi daşıyan ilk tədbir Şamaxının Avaxıl kəndində keçirilib.


Müəllif: