"Facebook" sosial şəbəkəsindəki "Kitabsevərlər" qrupunun "Gənc qələmlərə dəstək" layihəsi çərçivəsində gənc yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabı işıq üzü görüb.
Teleqraf.com-un verdiyi məlumata görə, "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilən kitabın redaktoru və ön sözünün müəllifi gənc yazıçı Cavid Qədirdir.
Kitabda müəllifin 12 hekayəsii və 1 povesti yer alıb.
"Kitabsevərlər" qrupu və Kitabevim.az Kitab Evinin birgə təşkilatçılığı ilə dekabrın 20-də saat 13:30-dan 16:30-dək kitabın təqdimatı baş tutacaq.
Cəmilə Məmmədli əsasən realistik və absurdizm mövzularında yazır. İlk dəfə “Kitabsevərlər”in layihəsi olan “İz” gənc yazarların hekayələr toplusunda çap olunub.
“Şəhrizad” və “Gəlincik evi” dünya ədəbiyyatından seçmə hekayələr kitablarında tərcümələri nəşr olunub.
Qeyd edək ki, “Qonşu evin işıqları” müəllifin ilk kitabıdır.
Məlumat üçün bildirək ki, kitabın qiyməti 4 manatdır.