9 Dekabr 2015 13:02
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun icra başçısı Tahir Kərimovun mediada gül-çiçək altından keçərkən yayılan fotoları ilə bağlı İcra Hakimiyyəti bu gün növbəti açıqlama yayıb.

RIH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovun adından Teleqraf.com-a daxil olan açıqlamada qeyd olunur ki, 08 dekabr 2015-ci il tarixdə sosial şəbəkələrdə və elektron informasiya vasitələrində Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimovun fotosu qərəzli olaraq məqsədli şəkildə müzakirəyə çıxarılıb: “Təəssüf hissi ilə bildiririk ki, 2014-cü ildə Salyan şəhərində keçirilmiş Gül bayramında çəkilmiş və həmin vaxtdan Salyan rayon İcra hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş bu şəkil 1 il 6 aydan sonra kimlər tərəfindənsə məqsədli şəkildə, təhrif edilməklə sosial şəbəkələrə ötürülmüş və müzakirə olunmağa, aidiyyəti oldu-olmadı şərhlər verilməyə başlanılmışdır

Sonradan bu şəkil saytlara və “İnformasiya sahəsində dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə əsaslanan” ANS televiziyasında müzakirə olunmağa başlanmışdır.

ANS TV-nin mövzu haqda hazırladığı material

Bəli, yuxarıda bildirildiyi kimi qeyd olunan şəkil 9 may 2014-cü ildə Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilmişdir.

Tədbir rayon Təhsil şöbəsi tərəfindən hazırlanmışdır. Ssenariyə uyğun olaraq iştirakçılar məktəblilər tərəfindən təşkil olunmuş Gül çələngindən keçərək tədbirə qatılmalıdırlar.

Rayon rəhbəri kimi keçirilən tədbirə, təşkilatçılara, tədbir iştirakçılarına hörmət əlaməti olaraq RİH başçısı yanında Şura üzvləri ilə birgə Gül çələngindən keçmiş və tədbirə qatılmışdır.

Tədbirdə rayon məktəbliləri, təhsil müəssisələri güllərdən hazırlanmış eksponatlarını təqdim etmiş və əl işləri barədə məlumat vermişlər.

Rayon İcra hakimiyyəti olaraq keçirdiyimiz digər tədbirlər kimi Gül bayramında çəkilmiş şəkilləri də rəsmi saytımızda yerləşdirmiş və istənilən şəxsin sayta girməklə tədbir barədə məlumat almasını məqsədəmüvafiq hesab etmişik.

Bildiririk ki, Salyan rayon İcra hakimiyyəti həmişə mətbuata açıq olmuş, mətbuat nümayəndələrinin rayonda aparılan işlərin işıqlandırılması istiqamətində daim lazımi şərait yaradılmışdır.

2012-ci ilin mart ayının 9-da şəhər mərkəzində, kütləvi informasiya vasitələri üçün mətbuat konfransı, 2013-cü ilin dekabr ayında isə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə rayon İcra hakimiyyətində görüş keçirilmişdir.Görüşdə belə bir fikir yekdilliklə ifadə olunmuşdur ki, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu hər iki tərəf gözləməli, heç bir halda bu hüququn pozulmasına yol verilməməlidir.

Lakin, rayon İcra hakimiyyəti tərəfindən atılan addımlara baxmayaraq yenə də elektron informasiya vasitələrində qərəzli, heç bir məntiqə sığmayan, yalnız rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq kimi hallara rast gəlinir.

Fotonun Günel Mövlud tərəfindən paylaşdığı bizə məlumdur və xalqımızın matəm içində olduğu bu günlərdə belə yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyi tərəfimizdən təəssüf hissi ilə qarşılanır.

Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bu günki iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik.

Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq xətrinə aparılan bu kimi müzakirələrə qətiyyətlə etiraz edir və bunlarla əlaqədar məhkəmə orqanlarına müraciət edəcəyimizi bildiririk”.

Redaksiyaya daxil olan elektron məktuba aşağıdakı fotolar da əlavə edilib:

 İcra başçısı bu dəfə ANS-ə qarşı  -  Video
 İcra başçısı bu dəfə ANS-ə qarşı  -  Video
 İcra başçısı bu dəfə ANS-ə qarşı  -  Video
 İcra başçısı bu dəfə ANS-ə qarşı  -  Video
 İcra başçısı bu dəfə ANS-ə qarşı  -  Video
 İcra başçısı bu dəfə ANS-ə qarşı  -  Video


Müəllif:

Oxşar xəbərlər