9 Dekabr 2015 13:08
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AMEA Fəlsəfə və Hüquq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım mərasiminə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi və müasir fəlsəfənin çağırışları” mövzusunda elmi konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransı giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə görkəmli dövlət xadiminin irsinin öyrənilməsinin həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

İnstitutun elmi işlər üzrə direktor müavini, hüququ elmləri doktoru, professor Bəhram Zahidov “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda çıxışında Heydər Əliyevin Azərbaycanın hüquqi dövlət kimi formalaşmasındakı fəaliyyətindən, habelə müstəqil Azərbaycanın ilk Konstitutsiyasının qəbul olunması kimi mühüm islahatları qüdrətli dövlətçiliyimiz yolunda əzəvolunmaz addımlar kimi xarakterizə etdi.

Sonra çıxış edən institutun əməkdaşları fəlsəfə elmləri doktoru Azər Mustafayev, fəlsəfə elmləri doktoru Fizuli Qurbanov, aparıcı elmi işçi Hacı Xaliq Bəşər, fəlsəfə doktoru Sənan Həsənov və digər çıxışçılar həyatını fədakarcasına millətinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qrşısındakı misilsiz xidmətlərindən danışaraq, ümummilli liderin əməllərinin əbədi olaraq yaşayacağını qeyd etdilər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər