9 Dekabr 2015 15:51
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Sumqayıt şəhərində keçirib.


Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq "Günəşli" neft yatağının 10-cu özülündə baş vermiş dəhşətli qəza nəticəsində həyatını itirən insanlar anılıb.

Daha sonra tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, müxtəlif millətlərə məxsus adət və ənənələr dünyadakı xalqları biri-birindən fərqləndirir. Onun sözlərinə görə, milli adət-ənənələrin dağılması nəticə etibarı ilə həmin xalqlar tam dəyişikliyə məruz qalır: “Lakin milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir ki, bu da çox vacib amildir. Belə ki, Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə dünyada öz sözünü deyib. Ancaq bunların gənclə nəslə ötürülməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli isə deyib ki, millətin gələcəyi onun öz adət-ənənələrinə, mənəvi dəyərlərinə sadiqliyindən asılıdır: “Təəssüflər olsun ki, bu gün bəzi hallarda mənəvi dəyərlərdən sui-istifadə halları özünü göstərir. Bu mənada mən hər kəsi dövlətin yanında olamağa səsləyirəm. Bizim birliyimiz olmasa, Qarabağın işğaldan azad olunmasından söbət belə gedə bilməz”.

C.Əzimbəyli tədbirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq onun ruhuna dualar oxuyub.

Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin baş məsləhətçisi Fərman Kazımov, DQİDK-nın Sumqayıt şöbəsinin müdiri Şirin Cəfərov, QMİ-nin Sumqayıt bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Rauf Sərdarov və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər