5 İyun 2014 16:00
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq.

Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küç., 3158/3156, "Azadlıq" metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.


Müəllif: