11 Dekabr 2015 22:37
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ənənəvi poçt bağlamalarının göndərilməsinə maraq artıb. “Azərpoçt” MMC-dən verilən məlumata görə, bu il daxili bağlamaların sayı 60 min ədəddən yuxarı olub.

Hazırda poçt vasitəsilə 3 növ bağlama göndərmək olur. Bunlar adi, qiyməti bəyan olunan və beynəlxalq bağlamalardır. Milli poçt operatoru ölkə daxilində ən çox bağlamaların göndərildiyi bölgələrin adını açıqlayıb. Məlum olub ki, daxili bağlamalar daha çox Naxçıvan Muxtar Respublikasına, Beyləqan, Ağcabədi və Qazax rayonlarına göndərilir.

Ən az bağlama qəbul edən isə Yardımlı, Siyəzən və digər dağ rayonlarıdır.

Bakıya isə daha çox Xaçmaz, Şəmkir və Gəncədən poçt bağlamaları ünvanlanır. Xarici ölkələr arasında Azərbaycana ən çox bağlamalar Türkiyə, İsrail və Rusiyadan daxil olur.

Qeyd edək ki, ölkədə poçtdaşımalarını həm dövlət, həm də özəl poçt müəssisələri həyata keçirir.


Müəllif: