11 Dekabr 2015 18:21
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun 2015-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, institutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli 100 səhifədən çox tutumu olan “AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2015-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı”nın əsas məqamlarını qeyd edib.

Bildirib ki, il ərzində altısı beynəlxalq statuslu olmaqla 30-dan çox arxeoloji ekspedisiyalar müxtəlif bölgələrdə fəaliyyət göstərib, həmçinin, etnoqrafik tədqiqatlar aparılıb. 6 elmi problem və bu problemlər kontekstində 24 mövzu üzrə elmi araşdırmalar aparılıb. İnstitut əməkdaşları beynəlxalq elmi konfranslarda iştirak edib, ümumilikdə, 184 məqalə və tezis, 6 kitab, impakt – faktorlu beynəlxalq elmi jurnallarda 11 məqalə dərc edilib.

Daha sonra hesabat ətrafında müzakirələr aparıldı. İnstitutun Elmi Şurasının üzvləri və şöbə rəhbərləri illik hesabatla bağlı öz fikirlərini deyib, təkliflərini veribllər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər