Milli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “AĞ YOL” Vətəndaş Hərəkatı, BMAM rəhbərliyi və Gənc Diplomatlar Birliyinin təmsilçiləri Fəxri Xiyabanı ziyarət ediblər.
Teleqraf.com-un xəbərinə görə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov başda olmaqla “AĞ YOL” Vətəndaş Hərəkatının rəhbərliyi və Gənc Diplomatlar Birliyinin üzvləri milli lider Heydər Əliyevin məzarı üzərinə əkili qoyub, gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub, məzarının üzərinə gül dəstələri qoyulub.