Hazırda Nardaranda vəziyyət tam nəzarət altındadır.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırov Bakının Nardaran qəsəbəsindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Rəis müavininin sözlərinə görə, qəsəbədə hər şey normaldır: "Hüquq-mühafizə orqanları tərəfindən əvvəki qaydada təhlükəsizlik tədbirləri davam etdirilir".