12 Dekabr 2015 12:45
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri tarixi hadisə oldu.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib: "Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, bu səfər, ümumiyyətlə, həm formasına, həm məzmununa, həm də statusuna görə tarixi bir səfər oldu. Ümumiyyətlə, son vaxtlar dünyada, o cümlədən regionda gedən prosesləri nəzərə alsaq, təhlil etsək, bu proseslərin fonunda, müstəvisində Azərbaycan Prezidentinin Cin Xalq Respublikasına dövlət səfəri çox mühüm, tarixi bir hadisə oldu. Birincisi, dövlətlərin hər birində ildə 2-3 səfərə bəzən dövlət səfəri statusu verilir. Ola bilər ki, il ərzində 10-15 səfər olsun, amma ikisinə dövlət səfəri statusu verilir".

PA rəsmisi bildirib ki, Çin Xalq Respublikasının Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə belə bir status verməsi xüsusi bir yanaşmanın göstəricisidir: "Doğrudan da səfərin özü, səfər zamanı aparılan danışıqlar, görüşlər, müzakirələr, fikir mübadiləsi, burada imzalanan sənədlər - 10 sənəd imzalandı, bu sənədlərin də ən mühümü Azərbaycan Prezidenti ilə Cin Xalq Respublikasının Sədri arasında Birgə Bəyannamə oldu - mənim dediklərimi tam ətraflı sübut edir. Elə bir sahə olmadı ki, həmin sahə ətrafında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi haqqında danışıqlar aparılmasın".


Müəllif: