12 Dekabr 2015 15:22
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Akademiyanın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Bildirilib ki, Heydər Əliyev hər zaman xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və incəsənətinə qayğı ilə yanaşıb. Ümummilli Liderin incəsənət xadimləri ilə hər bir görüşünün əlamətdar hadisəyə çevrildiyini qeyd edən F.Bədəlbəyli, onun bir dövlət başçısı kimi hər zaman sənətkarlara qayğısını xüsusi olaraq vurğulayıb.

Qeyd olunub ki, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan musiqi irsimiz dövlət qayğısı ilə əhatə edilib, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olub.

Tədbirdə akademiyanın kafedra müdiri, professor Tərlan Quliyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Ulu öndərə ithaf olunan bir sıra klassik musiqi əsərləri səsləndirlib.


Müəllif: