12 Dekabr 2015 21:48
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə tarixçi Dilavər Əzimli arasında mübahisə yaranıb.

Teleqraf.com-un xəbərinə görə, buna səbəb partiya sədrinin işlətdiyi bəzi fikirlər olub. Araz Əlizadə hesab edir ki, azərbaycanlıların türklərlə sıx bağlılığı yoxdur. Onun fikrincə, azərbaycanlılar Hind-Avropa irqinə aiddir, türklərin əsilləri isə türkmənlərdən gəlir.

Tarixçi alim Dilavər Əzimli isə Araz Əlizadənin fikirlərini rədd edib. O, Əlizadə kimi düşünmədiyini xüsusilə vurğulayıb: "Araz Əlizadə, sənin oxuduğun tarixlər sovet dönəmində qaldı. Sən dediyin xətt odur ki, buralarda, elmdə türk izini silsinlər. Araz Əlizadə barmağını uzadıb desin ki, müstəqillik illərində çıxan tarix kitablarından birini oxuyub. Sən ayıra bilmirsən, insanı sifətindən monqol adlandırırsan. Bəli, biz monqollorı da qəbul edirik, amma biz türk oğlu türkük! Monqol əslində moğoldur. Türklər lap qədim illərdən yaşayırlar. Qobustanın tarixi XII minilliyə gedir".


Müəllif:

Oxşar xəbərlər