15 Dekabr 2015 13:31
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gənclər üçün Təhsil Mərkəzi, "Kaspi" qəzeti və "Mənim təhsilim, mənim gələcəyim!" kampaniyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Gınclərinin Maarifçilik Forumu" keçirilib.

Tədbirdə çıxış edən GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, forumun məqsədi gəncləri maarifçilik ideyalarına cəlb etməkdir. "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev maarifçilik ideyalarının Azərbaycanda yayılması və onun həyata keçiriməsində əməyi olan tarixi şəxsiyyətlərdən danışıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, dövlət tərəfindən xeyli sayda işlər həyata keçirilir. Onun sözlərinə görə, məqsəd odur ki, müasir Azərbaycan gəncliyi öz dilini, tarixini bilsin, müasir dünya çağırışlarına vaxtında reaksiya versin: "Bu mənada artıq dövlət başçısının da qeyd etdiyi kimi neft kapitalı insan kapitalı ilə əvəzlənir. Dövlət, o cümlədən ölkə rəhbərliyi tərəfindən müvafiq addımlar atılır. Biz bunun şahidiyik ki, görülən işlər öz bəhrəsini verir və Azərbaycan gəncliyi mütərəqqi addımlar atmaq iqtidarındadır".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib ki, müasir dövrdə Azərbaycanda maarifçilik ənənələri ulu öndər tərəfindən qoyulub: "Bu mənada yaxın tarixə nəzər saldıqda görərik ki, yaradılan dövlət qurumlarının əksəriyyəti birbaşa olmasa da, dolayı yolla maarifçiliyi təbliğ ediblər. O cümlədən qəbul edilən bir sıra sənədlər var ki, onlar da bu ənənəyə xidmət ediblər".

Gənclər Fondunun direktoru Fərhad Hacıyev deyib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları məhz maarifçiliyi davam etdirirlər:"İndiki çətin dünya düzənində maarifçilik ideyalarının təbliği cətinləşir. Lakin Azərbaycan gəncliyi yaradılmış şəraitdən istifadə edərək yanlış informasiyaların cəmiyyətdə gənclər arasında yayılmasının qarşısını almağa köklənməlidir. Mən hər kəsi ulu öndərin qeyd etdiyi kimi vətənə layiqli bir vətəndaş olmasına çağırıram".

Daha sonra Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə fərdi şəxslər və qurumlara "Təhsil açarı" mükafatı verilib. Mükafatçılar arasında "Gündəlik Teleqraf" qəzetinin redaktoru Dilqəm Əhməd də var.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər