Regionun ən böyük İnformasiya Texnologiyaları şirkətlərindən olan Türkiyədə qurulmuş Koç Sistem, ölkə xaricində ilk araşdırma mərkəzini təsis edib.
İT sektorunun müxtəlif sahələr üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan Koç Sistem Qafqaz Universiteti Texnoparkında qurduğu Araşdırma Mərkəzində bu universitetin də potensialından faydalanaraq Azərbaycan və region ölkələrində xidmət göstərəcəyini planlaşdırır.
Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyəti Başcısının muavini Fuad Cəbrayılov, Koç Sistem Türkiye Araşdırma - Gəlişdirmə və İş Uyğulamaları üzrə Direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər dövlət qurumlarından (AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və s.), universitet və institutların nümayəndələri, informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri bu məqsədlə QU Texnoparkda olub, Koç Sistemin tədqiqat mərkəzi ilə tanış olublar.
Universitetin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, açılış proqramında çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, Qafqaz Üniversiteti illərdir Prezident İlham Əliyevin ”neft kapitalını insan kapitalına çevirmək” ideyalarını hayata keçirməkdədir. Bu gün də qeyri-neft sektorunun inkişafı istiqamətində işlər görülür və Koç Sistem rəhbərliyinə də bu işdə dəstək olduqları üçün təşəkkür edib.
Koç Sistem Azərbaycan şirkətinin baş direktoru Ali Bülent Kutvan qarşılıqlı əməkdaşlığrın uğurlu perspektivlərindən bəhs edərək, ölkədə yüksək texnologiyaların inkişafına veriləcək töhfələrən danışıb. Qafqaz Universiteti Texnoparkında KoçSistem Azərbaycan MMC açdığı Tədqiqat Mərkəzinin əsas mədsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir: O, bildirib ki, şirkət Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün özəl və dövlət qurumlar üçün idarəetmə modelləri təqdim etməyə, qlobal bazara çıxmağı hədəfləyib: “Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir”.
QU Texnoparkın direktoru İsa Qasımovun sözlərinə görə, KoçSistem 2001-ci ildə ODTÜ Texnoparkında-də başladığı ARGE xüsusiyyətli fəaliyyətlərinə 2008-ci ildə İstanbulda meydana gətirdiyi Türkiyənin proqram təminatı sahəsindəki ilk və ümumi mənadakı 16-cı ARGE və İnnovasiya Mərkəzi ilə davam edir. KoçSistem 100-dən çox ARGE mühəndisi ilə gələcəkdə yerli və qlobal bazarların tələbinə, həm sektorun, həm də Azərbaycanın inkişafına xidmət edəcək və rəqabət üstünlüyü təmin edəcək layihələr icra edir: “Bu gün QU Texnoparkda açılışı edilə Tədqiqat Mərkəzi də bu istiqamətdə fəaliyyət göstərəcək, tələbələr burada təcrübə keçəcək, yarımştat işləyəcək, Tədqiqat Mərkəzi gənclərin yeni ideya və fikirlərindən istifadə edəcək”.
Tədbirdə akademik Ziyad Səmədzadə, millət vəkili Muxtar Babayev də çıxış edib, xoş təəssüratlarını bölüşüblər, universitetlərdə innovasiyaların inkişafına verilən əhəmiyyəti təqdirəlayiq hesab etdiklərini bildiriblər.
SEVİL