16 Dekabr 2015 12:50
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“15 yaşında dünyaya uşaq gətirən qızlar doğuş zamanı ölüm halı ilə üzləşirlər”

Bunu BMT-nin Uşaq Fondunun regional ofisinin gender məsələləri üzrə məsləhətçisi Muna Maha “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” dair beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dünyada 7 yüz milyon insan erkən nikaha daxil olub: "15 yaşına qədər dünyaya uşaq gətirən qızlar doğuş zamanı ölüm halları ilə rastlaşırlar. Digər tərəfdən onların təhsil hüquqları əllərindən alınır ki, bu da keyfiyyətli təhsilin yox olmasına gətirib çıxarır”.

Məsləhətçi bildirib ki,1980 ci ildə hər 3 qızdan biri erkən nikahın qurbanı olurdu: "Cənubi Asiyada erkən nikahların sayında azalma var. Faiz nisbəti 32-dən 17-ə düşüb ki, bu da müsbət haldır".

Muna Maha qeyd edib ki, erkən nikahla bərabər məcburi əmək də ləğv edilməlidir: "Artıq 12 ölkə bü təşəbbüsə qoşulub. 110 proqram hazırlanıb və 70 milyon pul ayrılıb. Azərbaycan da donorlarla əməkdaşlıq edir. Bu da cəmiyyətin diqqətini cəlb edir. Bu işlərin nəticəsi olaraq, Azərbaycanda erkən nikahların sayı azalıb”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər