Bu gün neonatal ölüm ekən yaşlı anaların övladlarında digərlərinə nisbətən 2 dəfə çoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Bakı Baş Səhiyyə İdarəsinin müdiri Elmira Əliyeva “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” dair beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 16-19 yaş arasında hamiləlik zamanı fəsad və ağırlaşmalar yüksək olur. “Bir sıra ölkələrdə nikahdan əvvəl seksual münasibətlərin geniş yayılması erkən yaşda hamiləliyin pozulmasına səbəb olur. 16 yaşa qədər olan qızlarda abortlardan yaranan problemlər digər yaş qruplarından iki dəfə çox olur”.
E.Əliyeva bildirib ki, yeniyetmələr cinsi yolla yoluxan xəstəliklərdən xəbərdar olmur.Bu da onların bir sıra problemlər yaşamasına səbəb olur. Bunun qarşısını almaq üçün maarifləndirmə ilə yanaşı, yenyetmələrin sağlamlığının yaşxlışadırılması üçün icbari dispanzerizasiya, risk qruplu uşaqların aşkarlanması, nəzartətin gücləndirilməsi əsas vəzifələrdəndir.
İlhamə Əbülfət