16 Dekabr 2015 18:51
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında adıçəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.

ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət - Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar, 15-i isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.

İmtahan dekabrın 19-da iki növbədə təşkil olunacaq. Hər imtahan 3 saat ərzində aparılacaq.


Müəllif:

Oxşar xəbərlər