6 İyun 2014 10:28
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanın nəticələrini açıqlayıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, imtahanda ən yüksək bal toplayan tələbə İsmayıllı rayon sakini Şəhla Səmədlidir. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olan Şəhla Səmədlinin iki imtahanda ümumi topladığı bal 141 olub və o, bu nəticə ilə respublika birincisidir.



Qeyd edək ki, Ş.Səmədli magistratura imtahanının I mərhələsində də 97 balı toplayaraq ən yüksək nəticəni əldə etmişdi.



Bildirək ki, Ş.Səmədli ali məktəblərə qəbul imtahanı zamanı 690 bal toplayıb.


Müəllif: