17 Dekabr 2015 15:12
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan əcnəbi tələbələr İlk Beynəlxalq Tələbə Festivalına hazırlaşır.

Birinci Beynəlxalq Tələbə Festivalı dekabrın 19-da keçiriləcək. ADNSU-nun əsas binasında baş tutacaq festivalda 17 ölkəni təmsil edən əcnəbi tələbələrin və xarici nümayəndəliklərinin hazırladığı stendlərdə müxtəlif ölkələrin mədəniyyətlərinə aid nümunələr nümayiş etdiriləcək.

Yerli və əcnəbi tələbələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Festivala qatılan tələbələr hər biri ayrı-ayrılıqda öz milli rəqslərini, musiqi və mahnı nümunələrini ifa edəcəklər.

ADNSU-da təhsil alan dünya xalqlarınin nümayəndələri buradan dünyaya birlik, həmrəylik, sülh mesajlarını verəcəklər.

Saat 10-dan başlayan festivalda dəhlizlərdə qurulan stendlərə baxış olacaq. Tədbirin bədii hissəsi ADNSU-nun akt zalında davam edəcək. Festivalın bədii hissəsini izləmək istəyən tələbələr akt zalına kuponla daxil ola biləcəklər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər