Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə “Bakı Biznes Mərkəzində” “Millinet-2015” Milli internet mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə ölkənin informasiya-kommunukasiya texnologiyaları sahəsini təmsil edən dövlət qurumlarının, iri İKT şirkətlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak edib. Mükafat uğrunda 14 nominasiya üzrə 299 sayt mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyinin e-fhn.gov.az “elektron xidmətlər sistemi” layihəsi “elektron hökumət” nominasiyası üzrə mükafatın qalibi olub.
Tədbirdə FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və Şəbəkələrin qurulması və istismarı şöbəsinin müdiri Namiq Bağırzadə iştirak edib.
Naibə QURBANOVA