Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) jurnalistlər arasında keçirdiyi növbəti müsabiqəni yekunlaşdırıb.
Bununla bağlı dünən keçirilən tədbirdə vurğulanıb ki, "Mülkiyyət hüququ: qanunvericilik və təcrübə" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsinə mülkiyyət hüququna həsr olunmuş məqalələr qəbul edilib. Müsabiqəyə ümumilikdə 14 yazı təqdim edilib.
Yazılar mülkiyyət hüququnun əsaslarını, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun xüsusiyyətlərini, mülkiyyət hüququnun müdafiəsini, habelə digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr olub. Xalid Vahidoğlunun “İnsanın özü ilə bağlı qərar verməsinə mane olan səbəblər” məqaləsi I, Gülnar Əliyevanın “Şərikli malən olunca... On nəfərə satılan mənzilin sahibi əslində kimdir?” məqaləsi II, Fərqanə Allahverdiqızının “Nəzarətsiz qalan lombardlar müştərilərin mülkünü necə mənimsəyir?” məqaləsi isə III yer tutub.