18 Dekabr 2015 17:38
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilmiş peşəkar Milli İnternet Mükafatı tədbirində Vergilər Nazirliyi iki mükafata layiq görülüb.

Teleqraf.com-un məlumatına görə, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Elektron Hökumət” nominasiyası üzrə qalib seçilib. Nazirliyin Facebook şəbəkəsindəki rəsmi səhifəsi isə “Ən yaxşı sosial şəbəkə səhifəsi” nominasiyası üzrə 1-ci yeri tutub.

Bu il müsabiqəyə 14 Nominasiya üzrə 374 sayt təqdim edilib. Təqdim olunan saytlardan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Xatırladaq ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Humay” (“İlin ən uğurlu internet layihəsi” nominasiyası), iki dəfə “Netty” (“İlin ən yaxşı dövlət saytı” nominasiyası), “Milli NET” (“Ən yaxşı dövlət və bələdiyyə saytları” nominasiyası), “İntellekt” ilin layihəsi Mükafatına (“Maliyyə” nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasınlın Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq World Summit Award (“E-Hökumət” nominasiyası) mükafatlarına layiq görülüb.

Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 7 il ardıcıl olaraq 1-ci yer tutur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər