"Amrahbank"ın rəsmi saytına haker hücumu olub.
APA-nın xəbərinə görə, hücumu "Antuturan2015" qrupu həyata keçirib.
Bankın saytı faəliyyətini dayandırıb. İnternet resursa daxil olarkən, "Antuturan2015"in loqosunu görmək mümkündür.
Hücumun bankın fəaliyyətinə təsiri barədə məlumat yoxdur.
Qeyd edək ki, "Amrahbank" ilk dəfə deyil ki, bu cür problemlə üzləşir. Bundan öncə bankın saytına “İslamic Cyber Army” tərəfindən kiberhücum olunub.
13:18
Haker hücumuna məruz qalan "Amrahbank"ın saytı fəaliyətini bərpa edib.
Bankın saytı artıq adi iş rejimində çalışır, resursa giriş əlçatandır.