20 Aprel 2014 10:45
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün abituriyentlər üçün növbəti sınaq imtahanı keçirir.

Teleqraf.com-un məlumatına görə, TQDK ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün respublikanın 24 şəhər və rayonunda sınaq imtahanı keçirir. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49066 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir.

Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmırlar.


Müəllif:

Oxşar xəbərlər