Prezident İlham Əliyev Natiq Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.