22 Dekabr 2015 12:13
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sahibkarlıqda qadınların təmsilçiliyi 19 faizə qalxıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycanda qadın sahibkarlığın inkişafına" həsr edilmiş "Açıq Qapı günü Vətəndaş Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi beynəlxalq təşkilatlarla birlikdə Azərbaycanın regionlarında qadınların sahibkarlığa cəlb olunması ilə bağlı pilot layihələr həyata keçirir: “Pilot layihələr əsasən təhsildən yayınma, erkən nikah, məişət zorakılığının çox olduğu rayonlarda kiçik müəssisələr açıldı. Həmin müəssisələr bu gün də fəaliyyətlərini davam etdirir. Qeyd edim ki, biz regionlarda layihələr keçirəndə deyirdilər ki, siz heç nəyə nail olmayacaqsınız, qadınların həyat yoldaşları onlara imkan verməyəcək. Azərbaycan qadınları haqqında ancaq evdar qadın obrazı yaradılmışdı. Təəssüf ki, biz çox zaman steorotiplərin əsarətində qalırıq. Amma dövr göstərdi ki, bu istiqamətdə nə qədər çox iş görsən faydası mütləq olacaq”.

Komitə sədri qeyd edib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması onların iqtisadi baxımdan daha azad olmasına imkan yaradır: “Qadınların iqtisadi tərəfdən müstəqil olması bir çox problemlərin, o cümlədən də məişət zorakılığının qarşısı alır”.

Azərbaycan Mikromaliyyə Assosiyasının icraçı direktoru isə Jalə Hacıyeva bildirib ki, Azərbaycan regionlarında qadınların peşəkar inkişafına kömək etmək bizim əsas məqsədimizdir: “Layihənin əsas məqsədi təhsilli qadınlara rayonlarda olan təşkilatlarda, banklarda iş tapmaqda kömək etməkdir. Onların çoxu müəyyən iş görür, amma biz çalışırıq ki onlar işlərinə doğru və biznes kimi yanaşsınlar. Gəncə və Qubada qadın sahibkarlar assosiasiyası bizə çox dəstək olub. 2014-2015-ci il ərzində 73 nəfər kredit işçisi üçün təlim keçmişik. Biz təlim zamanı çalışırıq ki, iştirakçıların sayı 15 nəfər olmasın, optimal olaraq 12 nəfər olsun".

İlhamə


Müəllif:

Oxşar xəbərlər